“Bayden administrasiyasının bu hərəkəti narahatlıq doğurur” – Kremlin sözçüsü
“ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasının münaqişəni gərginləşdirməsi narahatlıq doğurur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib
“Əvvəlkitək biz narahatlıqla konstatasiya edirik ki, çıxıb getməkdə olan Vaşinqton administrasiyası daha da gərginləşmə yolu ilə davam etməyə üstünlük verir”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Putin onu da qeyd edib ki, “sülh” və “danışıqlar” sözləri ABŞ-nin yeni prezidenti Donald Trampın tərəfdarlarının ağzından getdikcə daha çox çıxsa da, reallıqda hər şey bir qədər fərqlidir.
Bundan öncə Peskov demişdi ki, Donald Trampın prezidentliyi ilə bağlı Kremlin “çəhrayı eynəyi” yoxdur, çünki bəzən seçki vədləri real əməllərdən fərqlənir.
Xatirə SADİQ