Tramp administrasiyası məhkəməyə verildi
Harvard Universiteti aprelin 21-də Tramp administrasiyasına qarşı federal məhkəməyə müraciət edib.
SAVASHMEDİA.az bu barədə “The Harvard Crimson” nəşrinə istinadən xəbər verir.
Universitet iddia ərizəsində öz hüquqlarını müdafiə etdiyinə görə Harvardı cəzalandırmaq üçün Ağ Evi konstitusiyaya zidd kampaniya aparmaqda və tədqiqarıara ayrılan vəsaiti özbaşına kəsməkdə ittiham edib.
Bu, daha əvvəl elan edilmiş 2,2 milyardın üzərinə daha bir milyard dollar təşkil edə biləcək yeni ixtisarların elan edilməsindən sonra baş verib.
“Harvard və digər universitetlərə təklif olunan güzəşt aydındır: hökumətə təhsil müəssisənizi mikro idarə etməyə icazə verin və ya müəssisənizin tibbi irəliləyişlər, elmi kəşflər və innovativ həllər əldə etmək qabiliyyətini təhlükə altında qoyun ”, - deyə Harvard hüquqşünaslarının bəyanatında bildirilib.
Harvard iddia ərizəsində Tramp administrasiyasını universiteti idarəetmə strukturunu, akademik proqramlarını və işə qəbul siyasətlərini dəyişməyə məcbur etmək məqsədilə milyardlarla tədqiqat fondunu qeyri-qanuni olaraq dondurmaqda ittiham edir.
Xatirə SADİQ