“Krillovun qətli müharibə qaydalarını poza bilər” - Keyt Kelloq
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə seçdiyi Keyt Kelloq rusiyalı general-leytenant İqor Kirillovun Moskvada qətlinə tənqidi yanaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.
Kelloqun fikrincə, Kirillovun qətli Ukrayna və Rusiya arasında sülh danışıqlarına maneə deyil, lakin müharibə qaydalarını poza bilər.
“Zabitləri, generalları, admiralları və ya generalları doğma şəhərlərində öldürəndə, bu, elə görünür ki, sanki siz çərçivələri (müharibəənin aparılması qaydalarını – red.) genişləndirirsiniz. Düşünürəm ki, bu, məntiqlidir”, - deyə o, vurğulayıb.
O, nəzərə çatdırıb ki, bu hadisədə qətli işə götürülmüş şəxs törədib. Onun fikrincə, bu, heç də yaxşı ideya deyil.
“Amma, bilirsiniz, bu, müharibədir... Və belə şeylər müharibədə olur. Bu, təəssüf doğurur. Məhz buna görə də əsgərlər heç vaxt müharibəyə getmək istəmirlər, çünki belə şeylər baş verir”, - deyə Kelloq əlavə edib.
Xatırladaq ki, dekabrın 17-də Moskvada törədilmiş partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub. Rusiyanın İstintaq Komitəsi sifarişin Ukraynadan verildiyini iddia edir.
Xatirə SADİQ