“Ukrayna ordusunun ixtisarına razılıq verməyə haqqımız yoxdur” - Zelenski

Ukrayna NATO-ya dəvət alsa belə, Kiyev silahlı qüvvələrinin sayını azaltmağa razı olmayacaq.

Dec 19, 2024 - 11:29
“Ukrayna ordusunun ixtisarına razılıq verməyə haqqımız yoxdur” - Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski Brüssüldə jurnalistlərlə görüşündə bildirib.
 
Sülh razılaşmaları çərçivəsində mümkün dinc təhlükəsizlik təminatlarından danışan Zelenski xatırladıb ki, Ukrayna üçün ən yaxşı təminat ölkəsinin NATO-ya üzvlüyü olacaq. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna üzv olmaq üçün dəvət almaq üzərində işləməyə davam edir.

Eyni zamanda, o, bütün mümkün zəmanət növlərini, o cümlədən sanksiya və maliyyə təminatını nəzərdən keçirir.

“Ancaq bütün bunlar Putinin bir daha (müharibə ilə – red.) gəlməyəcəyini söyləmək üçün kifayət deyil”, - deyə Zelenski vurğulayıb.

O, nəzərə çatdırıb ki, məhz buna görə Ukraynanın silahlı qüvvələrinin ixtisarına razılıq verməyə haqqı yoxdur.

“Ən yaxşısı (zəmanət variantları - red.) güclü ordudur, böyük ordudur. Avropada ən böyük ordu. Bizim, sadəcə olaraq, ordumuzun gücünü, hətta NATO-ya doğru yolda belə məhdudlaşdırmağa haqqımız yoxdur. Hələlik biz NATO-da deyilik, biz risk edirik”, - deyə Ukraynanın dövlət başçısı əlavə edib.

Zelenski hesab edir ki, zəmanətlərin bir hissəsi güclü iqtisadiyyat, eləcə də xüsusən də müharibə zamanı Ukraynanın büdcə kəsirinin maliyyələşdirilməsi olmalıdır. Onun sözlərinə görə, Kiyev bu məsələdə uğura malikdir: “Biz 2025-ci ildə kəsiri necə bağlayacağımızı bilirik”.

Xatirə SADİQ