Məktəbdə kütləvi zəhərlənmə - 10 şagird xəstəxanaya aparıldı

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Dec 19, 2024 - 11:39
Məktəbdə kütləvi zəhərlənmə - 10 şagird xəstəxanaya aparıldı

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.