Mehdiyev istintaqdan yayınmaq üçün özünü "dəliliyə vurub"? - ŞOK İDDİA
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı müzakirələr bitmək bilmir.
Mediada Ramiz Mehdiyevin haqqında həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə məlumatlar yayıldı. Məlumatda R.Mehdiyevin evinə təcili tibbi avtomobillərinin gəldiyi bildirilirdi.
SAVASHMEDİA.az xəbər verir ki, oxu24.com saytı yayılan informasiyalarla bağlı daha təfərrüatlı məlumat əldə edib.
Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, "boz kardinal"ın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun “azheimer” xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.
Məlumatı saytımıza açıqlayan mənbə qeyd edib ki, onda bu xəstəliyin həqiqətən də olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə,bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir.
Ehtimal olunur ki,Ramiz Mehdiyev bu “xəstəlik”dən istifadə edərək məsuliyyətdən yayınmaq istəyir.
Xatırladaq ki, Alzheimer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir. Xəstəlik beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır (beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur, lakin bu proses Alzheimer xəstəliyində çox sürətli və erkən baş verir). Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir.