Meyvələrin kalori dəyəri – SİYAHI

Arıqlamaq üçün əsas şərtlərdən biri, hətta ən birincisi kalori balansına diqqət etməkdir.

Oct 22, 2025 - 19:08
Oct 22, 2025 - 19:09
Meyvələrin kalori dəyəri – SİYAHI

Sağlam şəkildə arıqlamaq istəyənlər yedikləri qidaların, içdikləri içkilərin kalorisini hesablamalıdırlar. Qadınlar üçün günlük kalori norması 1800 kilokalori, kişilər üçün isə 2200 kilokalori olmalıdır. Günlük kalori normasına yeməklə yanaşı meyvəni də əlavə etmək lazımdır. Qida rasionundan meyvəni çıxarmaq lazımı qədər vitamin almamağa səbəb olur ki, bu da orqanizmin zəifləməsinə aparıb çıxarır.

SAVASHMEDİA.az çəki atmaq istəyənlər üçün bəzi meyvə və bitkilərin kalorisini (100 qrama əsasən) təqdim edir:

Əncir –  Təzə əncir 74 kalori, qurudulmuş əncir 250–290 kalori
Alma –  52 kalori (qabıqlı halda)
Mandarin – 47 kalori (qabıqsız)
Nar – 83 kalori
Armud – 57 kalori
Üzüm – Təzə üzüm 69-70 kkal, qurudulmuş üzüm (kişmiş) 299-300 kalori
Heyva – 57 kalori
Gilas – 50-63 kalori
Gilənar – 41-44 kalori
Kivi – 41–61 kalori
Banan – 89-90 kalori
Çiyələk – 32–35 kalori
Tut –  Təzə tut 43–50 kalori, qurudulmuş tut 325–340 kalori
Portağal – 47–50 kalori
Feyxoa – 55–60 kalori
Manqo – 60 kalori
Ananas – 50 kalori
Karalyok – 70–80 kalori
Moruq – 50–52 kalori
Böyürtkən – 43–45 kalori
Zoğal – 45–50 kalori
Qaragilə - 43–44 kalori
Qarağat – 44–46 kalori
Əzgil – 40–45 kalori
Ərik – 48–50 kalori
Şaftalı – 39–40 kalori
Alça – 46–48 kalori
Gavalı – Təzə gavalı 46–50 kalori, qurudulmuş gavalı 240–260 kalori
Avakado – 160–170 kalori

Banu