Məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - "Məni boğur, nəfəs ala bilmirəm" + FOTO

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Oct 22, 2025 - 18:54
Məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - "Məni boğur, nəfəs ala bilmirəm" + FOTO

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə lent.az-a danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb:

"Sağ tərəfimdə quruma gedir, uyuşur. Bronxlarım yaxşı vəziyyətdə deyil, məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü".

Sənətkarın səhhəti həkim nəzarəti altındadır.

Fotoda Şeyx Əbdül Məmmədov