"Türkiyə Qəzzada olmayacaq, bu, qətidir" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında heç bir türk əsgərinin olmayacağını bəyan edib.

Oct 22, 2025 - 18:41
"Türkiyə Qəzzada olmayacaq, bu, qətidir" - Netanyahu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, İsrail nizamlanma planının bir hissəsi kimi Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan sülhməramlı qüvvələrdə Türkiyənin iştirakına qarşıdır .

"Burada heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq", - baş nazirlikdən nəşrə bildiriblər.

Oğuz