"Müctəba Xamenei buna icazə verməz" - Əli Nikzad 

“İranın şərtləri qəbul edilməsə, Ali Lider Müctəba Xamenei İslamabad danışıqlarında sazişin imzalanmasına icazə verməyəcək”​. 

Apr 8, 2026 - 13:11
"Müctəba Xamenei buna icazə verməz" - Əli Nikzad 

SAVASHMEDİA.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamenti sədrinin birinci müavini Əli Nikzad danışıb.

“İranın 10 şərti qəbul edilməsə, Ali Lider sazişin imzalanmasına icazə verməyəcək”, - o bildirib. 

Qeyd edək ki, ABŞ və İran arasında sülh danışıqlarının aprelin 10-da Pakistanın paytaxtı İslamabad şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyi barədə xəbərlər yayılıb.