Səudiyyənin geniş torpaqları var, Fələstin dövlətini orada yaratsınlar - Netanyahu
İsrail heç bir ölkə ilə Fələstin dövlətinin yaradılması şərti ilə münasibətlərin normallaşdırılmasını qəbul etməyəcək.
SAVASHMEDİA.az xəbər verir ki bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrailin “Kanal 14” telekanalına açıqlamasında deyib.
O, Ər-Riyadın Fələstin dövlətinin yaradılması şərti ilə İsraillə münasibətləri normallaşdırmağa hazır olması bəyanatına sərt reaksiya verib:
“Əgər onlar Fələstin dövləti yaratmaq istəyirlərsə, onu Səudiyyə Ərəbistanında yarada bilərlər. Onların bunun üçün kifayət qədər geniş əraziləri var”.
Oğuz