“Putinlə şəxsi danışıqlar aparmaq qadağası qüvvədədir” – Ukrayna XİN
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa əmin edib ki, ölkəsi Rusiya prezidenti Vladimir Putinlə şəxsən danışıqlar aparmamaq prinsipindən əl çəkməyib.
SAVASHMEDİA.az xıbır verir ki, bu barədə nazir “Avropa Həqiqətləri”nə müsahibəsində deyib.
“Kiyevin Kreml rəhbəri ilə birbaşa danışıqlarla bağlı hazırkı mövqeyi necədir?” “ABŞ-nin seçilmiş prezidenti Donaldın “müharibəyə tez bir zamanda son qoymaq” niyyətləri kontekstində hansı sual yarana bilər” və “Putinlə birbaşa danışıqları qadağan edən Təhlükəsizlik və Müdafiə Şurası qüvvədə qalırmı” suallarına Sibiqanın vacabı qısa olub: “Bəli, bu qərar indi də qüvvədədir”.
Kiyevin bu mövqeyinin nə qədər sərt olduğuna dair aydınlaşdırıcı suala o, belə cavab verib: “Bu günə olan vəziyyətə görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu qərarı qüvvədədir”.
Xatirə SADİQ