“Azərbaycanla sülh bağladıqdan sonra istefa verəcəyəm” - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəsindən getmək niyyətində olmadığını bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan noyabrın 18-də parlamentdəki çıxışı zamanı “Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəyəm” ifadəsini işlədib.
Baş nazir Azərbaycanla sülh prosesinin yekunlaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Ermənistanın yeni Konstitusiyası ilə bağlı referendumun nəticələrinin siyasi gələcəyinə təsir edəcəyini də vurğulayıb.
Paşinyanın sözlərinə görə, referendumda yeni Konstitusiyaya dəstək verilməsə, istefa verəcək. Müsbət nəticə əldə olunarsa, Azərbaycanla sülh prosesini başa çatdırdıqdan sonra vəzifəsindən gedəcək.
Səlcuq