Baydenə lağ edirdi, özü onun gününə düşdü - Trampın QƏRİBƏ VİDEOSU
ABŞ Prezidenti Donald Trampın Filippində, rəsmi qarşılama mərasimindəki hərəkəti gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markos Jr. ABŞ nümayəndə heyətinin üzvləri ilə əl sıxaraq salamlaşıb.
Onun ardınca Donald Tramp da gün ərzində birlikdə olduğu öz nümayəndə heyətinin üzvləri ilə salamlaşmağa başlayıb. ABŞ Prezidentinin bu davranışı mərasimdə iştirak edən bəzi rəsmilərin gülümsəməsinə səbəb olub.
Trampın öz nümayəndə heyəti ilə salamlaşması ağıllara “Tramp diqqət dalğınlığı yaşayır, yoxsa sabiq ABŞ Prezidenti Co Bayden kimi demensiyadan əziyyət çəkir?” sualını gətirib.
Xatırladaq ki, keçmiş ABŞ Prezidenti Co Bayden yaşa bağlı koqnitiv pozğunluqdan əziyyət çəkib. Donald Tramp yaddaşı, zehni vəziyyəti və idrak qabiliyyəti ilə bağlı Baydeni dəfələrlə lağa qoyub. Onu “Yuxulu Co” (Sleepy Joe) adlandıraraq prezident vəzifəsini icra etmək üçün zehni baxımdan yetərli olmadığını iddia edib. 2020-ci ildə isə Baydenə demensiyanın ilkin əlamətlərini müəyyənləşdirmək üçün istifadə edilən koqnitiv testi keçməyi təklif edib.
Banu
Bu gönderiyi Instagram'da gör