Ögey bacısını öldürməkdə şübhəli bilinən gəncin FOTOLARI
Bakıda ögey bacısını öldürməkdə təqsirləndirilən Ayxan Mehdiyev Azərbaycan İdman Akademiyasının tələbəsidir.
SAVASHMEDİA.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Ayxan Mehdiyev akademiyanın sağlamlıq və menecment fakültəsinin 2-ci kursunda təhsil alır.
Məlumata görə, A.Mehdiyev hadisə günü səhər dərsdə olub. O, hadisəni dərsdən qayıdandan sonra törədib.
Xatırladaq ki, qətlə yetirilən Gülarə Mehdiyeva rəssamlıqla məşğul olub və əl işləri sosial şəbəkələrdə izləyiciləri tərəfindən maraqla qarşılanıb.