Trampın ayağına özü getdi, Putini qarşılamadı - ÇİNDƏN GÖRÜNTÜLƏR

Çində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin qarşılanma mərasimində diqqətçəkən protokol fərqi yaşanıb.

Nov 18, 2026 - 17:56
Nov 18, 2026 - 19:21
Trampın ayağına özü getdi, Putini qarşılamadı - ÇİNDƏN GÖRÜNTÜLƏR

SAVASHMEDİA.az xəbər verir ki, Çin Sədri Si Cinpin Şençen şəhərində keçirilən qarşılanma mərasimində Donald Trampı təyyarənin pilləkənləri önündə şəxsən qarşılayıb. 

İki lider əl sıxıb, qucaqlaşıb və qırmızı xalça üzərindən birlikdə hərəkət ediblər.

Vladimir Putin isə Çinə səfəri zamanı Si Cinpin tərəfindən şəxsən qarşılanmayıb. Rusiya liderini Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Si Cinpinin yaxın silahdaşı Cai Çi qarşılayıb.

Hər iki lider üçün qırmızı xalça sərilsə də, Çin rəhbərinin Trampı şəxsən qarşılaması, Putini isə yüksəkvəzifəli nümayəndəsinin qarşılaması müzakirələrə səbəb olub.

Oğuz

Hər iki liderin qarşılanma görüntülərini təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)