Putinlə Trampın görüşündə Ukrayna məsələsi - Kremldən açıqlama

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Çində mümkün təmasında Ukrayna müharibəsinin müzakirə olunacağı gözlənilir.

Nov 18, 2026 - 17:29
Putinlə Trampın görüşündə Ukrayna məsələsi - Kremldən açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov iki liderin görüşündə Ukrayna məsələsinin, eləcə də İran ətrafındakı vəziyyətin müzakirə olunacağını bildirib.

Onun sözlərinə görə, Putinlə Tramp arasında ikitərəfli görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb.

İlk təmasın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək qəbul zamanı baş tutması mümkündür.

Peskov genişformatlı danışıqların keçirilməsinin çətin olduğunu da qeyd edib.

Qeyd edək ki, Putin bundan əvvəl Çinin Sədri Si Cinpinlə görüşündə də Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Aytən