Rəsmi Vaşinqton İranı təhdid etdi – Farsca MESAJ + FOTO

Rəsmi Vaşinqton İranı təhdid edib.

Jan 5, 2026 - 12:58
Rəsmi Vaşinqton İranı təhdid etdi – Farsca MESAJ + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında Donald Trampın Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirildiyi xüsusi əməliyyatı izləyərkən çəkilmiş şəklini paylaşaraq İrana mesaj göndərib.

 Fotoya farsca yazılmış şərhdə bildirilib:

“Trampla oyun oynamayın. Tramp dediyini edən adamdır. Bilmirdinizsə, artıq bilirsiniz”

Qeyd edək ki, İranda bir həftədən çoxdur İran pulunun dəyərdən düşməsi, iqtisadi böhran, dolların bahalaşması səbəbindən etirazlar başlayıb. Etirazlar zamanı aksiya iştirakçılarından ölən və yaralananların olduğu bildirilib. ABŞ Prezidenti Donald Tramp etirazçılara dəstək olub. O bildirib ki, İran hakimiyyəti etirazçılara atəş açarsa, ABŞ İran xalqına yardım edəcək.

Banu