İsveçdən İrana qarşı yeni TƏLƏB 

İsveçdə İran hakimiyyətinə qarşı sanksiyaların genişləndirilməsi təklif olunub.

Nov 27, 2026 - 19:59
İsveçdən İrana qarşı yeni TƏLƏB 

SAVASHMEDİA.az xəbər verir ki, İsveç Demokratları Partiyasından olan deputatlar İran rəsmiləri ilə yanaşı, onların yaxın ailə üzvlərinə də sanksiya tətbiq edilməsini istəyirlər.

Parlamentə təqdim olunan təklifdə İranın xeyrinə casusluq edən şəxslərin ölkədən çıxarılması, Tehranla İsveç universitetləri arasında əməkdaşlığın dayandırılması da irəli sürülüb.

Təşəbbüs qəbul edilərsə, sanksiyalar aktivlərin dondurulmasını, bank məhdudiyyətlərini və ölkəyə giriş qadağalarını əhatə edə bilər.

Təklif hələ qanun deyil. Sənədə dekabrda parlamentin Xarici əlaqələr komitəsində baxılacaq.

Aytən