16 "Beşiktaş" azarkeşi saxlanılıb, 3 polis yaralanıb - Gürcüstan DİN
Gürcüstanın Batumi şəhərində “Beşiktaş” - “Hapoel" (Beer-Sheva) matçından sonra baş verən qarşıdurmaya görə 16 nəfər saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, azarkeşlər polis əməkdaşlarına fiziki müqavimət göstərib, stadionda oturacaqları qıraraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına atıblar. Hadisə nəticəsində üç polis əməkdaşı xəsarət alıb.
Gürcüstan DİN-i qarşıdurmanın Fələstin bayraqlarına görə başlaması barədə məlumatları təkzib edib.
Qeyd edək ki, matç tribunadakı hadisələrə görə 26-cı dəqiqədə dayandırılıb, daha sonra bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Səlcuq