Şəhid atası gəlinini ata-anasına niyə təhvil veribmiş? - "Qadını təqib edib və liftdə..."
Ötən gün Bakının Sabunçu rayonu ərazisində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 1994-cü il təvəllüdlü gəlini, Gülüzar Məmmədovanı qətlə yetirməsi ilə bağlı bəzi iddialar yayılıb.
İddialara görə, qayınatanın gəlini öldürməsinə səbəb şəhid ailələrini üçün nəzərdə tutulan müavinəti mənimsəmə istəyi olub.
SAVASHMEDİA.az xəbər verir ki, xitab24-ün əldə etdiyi məlumata görə, Səxavət Məmmədov şəhid olduqdan bir həftə sonra onun valideynləri - Hicran Məmmədova və Adıgözəl Məmmədov dövlət tərəfindən verilən 11 min manatdan və digər aylıq müavinətlərdən Gülüzar Məmmədovanın xeyrinə notarial qaydada imtina edib.
Bu məbləğ aylıq olaraq təxminən 2500 manatdır.
Hadisə isə iddia olunduğu kimi, müavinəti ələ keçirməyə görə yox, qısqanclıq zəminində baş verib.
Belə ki, Gülüzar Məmmədovanın bəzi davranışları şəhid ailəsi tərəfindən qəbul olunmayıb. Bir müddət əvvəl qayınatası Gülüzar Məmmədovanın valideynlərini Bakıya dəvət edərək qadını onlara təhvil verib. Bundan sonra G.Məmmədova öz valideynləri ilə Yevlaxda yaşamağa başlayıb.
Ötən gün Bakıya övladlarını görməyə gələn qadını qayınatası əvvəl baş verən bəzi hadisələrə görə təqib edib və Ramana qəsəbəsi ərazisindəki liftdə qətlə yetirib. Adıgözəl Məmmədov hadisəni törətdikdən sonra DİN "102" xidmətinə zəng edərək məlumat verib və polisə təslim olub.