Məhərrəm ayı bu tarixdə başlayır - İyunun 25 isə Aşuradır
Bu il Azərbaycanda Hicri-qəməri təqvimi üzrə Məhərrəm ayı iyunun 16-da başlayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, İslam dünyasında xüsusi əhəmiyyət daşıyan Məhərrəm ayının ən mühüm günlərindən biri olan Aşura günü iyunun 25-nə təsadüf edəcək.
Məhərrəm ayı müsəlmanlar, xüsusilə də şiə icması üçün hüzn və anım dövrü hesab olunur. Bu ay ərzində müxtəlif dini mərasimlər keçirilir, Kərbəla hadisəsi və İmam Hüseynin şəhadəti yad edilir.
Məhərrəm ayının başa çatmasından sonra isə Hicri təqvimin ikinci ayı olan Səfər ayı iyulun 15-də başlayacaq. Səfər ayı da təxminən bir ay davam edəcək.
Qeyd edək ki, Hicri-qəməri təqvimi Ayın hərəkətinə əsaslandığından, onun tarixləri miladi təqvimə nisbətən hər il dəyişir.
Aytən