Yeni Papa Türkiyə ermənisi imiş - İlginc DOSYE (FOTO + VİDEO)

Ötən həftə katolik xristianlar üçün önəmli hadisə ilə yadda qaldı. Belə ki, katoliklər ABŞ-li kardinal Robert Fransis Prevostu 267-ci Papa seçdilər.Prevost XIV Leo adını götürərək vəzifəsinin icrasına başladı.

May 13, 2025 - 12:20
May 13, 2025 - 12:38
Yeni Papa Türkiyə ermənisi imiş - İlginc DOSYE (FOTO + VİDEO)

SAVASHMEDİA.az xəbər verir ki, Papanın seçilməsindən sonra yayımlanan dosyedə atasının fransız və italyan əsilli, anasının isə ispan mənşəli olduğu bildirilirdi. 

Lakin yeni yayılmış məlumatlara görə, XIV Leonun nəsil ağacı Türkiyənin Kayseri şəhərinin Dəvəli qəsəbəsinə gedib çıxır. Belə ki, İstanbulda yaşayan bir neçə erməniəsilli ailə öz nəsil şəcərəsinin Papa Prevostun nəsil şəcərəsi ilə üst-üstə düşdüyünü bildirib və Osmanlı arxivlərində “Prevost” soyadına bənzər adların qeyd olunduğunu əsas gətiriblər.

İddialara görə, Papa XIV Leonun (Robert Fransis Prevost) babası Setrek Parsehyan 1915-ci ildə Kayseridən (Dəvəlidən) Argentinaya köçüb. Papanın babasının bacısı Eva Ohanyan isə İstanbulda qalıb. 

Fotoda: Eva Ohanyanın İstanbulda yaşamış qızı Güldanə və onun əri Hampar

Setrek Parsehyanın oğlu, hazırki Papanın atası Louis Marius Prevost isə Argentinadan ABŞ-yə köçüb. ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib, II Dünya müharibəsi veteranıdır. Brookwoodda məktəb inzibatçısı işləyib. Papa XIV Leo 1955-ci ildə Çikaqoda doğulub.

Papanın babasının bacısı Eva Ohanyanın qızı Güldanənin övladları isə hazırda İstanbulda yaşayırlar.

Fotoda: Güldanə və Hamparın oğlu Nurhan Çetinkaya

Məsələ ilə bağlı Erciyes Universitetindən tarixçi Ahmet Karaca bildirib ki, bu iddialar doğru ola bilər:

“Osmanlı İmperiyası dövründə Kayseri önəmli ticarət mərkəzi idi və buraya başqa ölkələrdən tacir ailələri gəlib məskunlaşıblar. Lakin Papa XIV Leonun nəsil şəcərəsində Kayserinin olması məsələsi tarixi qaynaqlara və Osmanlı arxivlərinə müraciət edilməklə araşdırılmalıdır”.

Dəvəlidəki Reşadiyye məhəlləsinin muxtarı Yusuf Çelik həmin məhəllədə köhnə erməni evlərinin olduğunu təsdiqləyib:

“Biz də Papa XIV Leonun Dəvəlidən olduğunu sosial mediadan öyrəndik və təəccübləndik. Onun babasının bu məhəllədə yaşadığı deyilir. Nə deyək, yeni Papa xeyirli olsun”.

Dəvəlinin erməni sakinləri

XX əsrdə Dəvəlidə ermənilərlə bağlı məlumat Xaçın (Haçin) hadisəsi ilə bağlıdır. 

Ruslar 1878-ci ilin sonunda Osmanlı-Rus müharibələri zamanı öz təşviqi və himayələri ilə qurulan erməni cəmiyyət və komitələrinə Osmanlını içəridən məhv etməyi tapşırmışdılar. Onların Anadoludakı mərkəzlərindən biri Dəvəli idi. Çünki Dəvəli həm Şərqi, həm də Cənubi Anadoluya yaxın idi. 

Birinci Dünya müharibəsi zamanı erməni cəmiyyətlərindən olan “Hıncak” və “Daşnaq” bir müddət sonra türklərə qarşı istifadə edəcəkləri bombaları Dəvəlidə hazırlamağı məqsədəuyğun bilmişdilər. Hətta bomba hazırlamağı öyrənmək üçün Dəvəli ermənilərindən Gevorg Elekçiyan Amerikaya göndərilir. 

1913-cü ildə Dəvəliyə qayıdan Elekçiyan evində böyük bir emalatxana düzəldir. Bomba hazırlayarkən əlində partlayır və emalatxana ifşa olunur. Erməni evlərində aparılan araşdırmalarda bomba hazırlamaq üçün olan ləvazimatlar üzə çıxır. Lakin ermənilər hər şeyə hazırlıqlı olduqları üçün düzəltdikləri bombaların çoxunu özləri tikdikləri evlərdəki gizli bölmələrdə saxlayırlar. Müharibə zamanı ermənilər fransızlarla birgə hərəkət edirdilər. Hətta fransız işğalçılarının Dəvəlinin 20 kilometr yaxınına gələrək Zamantını sərhəd elan etmələri Mustafa Kamal Paşanın diqqətini çəkir.

Məhz buna görə də Mustafa Kamal Paşa Kılıç Ali bəyi Dəvəliyə Anadolu və Rumeli Hüquq Müdafiə Cəmiyyətinin nümayəndəsi olaraq göndərir. Dəvəliyə gələn Kılıç Ali bəy Ərzurum və Sivas konqreslərində alınan qərarları izah edir, Mustafa Kamalın tezliklə bölgəyə böyük bir hərbi qüvvə göndərəcəyini bildirir və xalqdan bu hərəkata dəstək vermələrini istəyir. 

Dəvəli rəhbərliyinin də köməkliyi ilə Kılıç Ali bəy xalqı ermənilərə qarşı təşkilatlandırmağa başlayır.Həmin vaxtda ermənilər Xaçında Dəvəlinin 7 sakinini boğazını kəsərək qətlə yetirirlər. Gözləməyin yaradacağı böyük təhlükələri öncədən görən Müdafiə Hüquq Cəmiyyəti Kilikiya Milli Qüvvələr komandiri Doğan bəyi səfərbər etmək qərarına gəlir. Lazımi əsgər və silahlar toplandıqdan sonra 6 aprel 1920-ci ildə Xaçına hücum əmri verilir. Kayseri Qisas Alayının bölgəyə gəlməsi ilə Xaçın nəzarətə götürülür. Xaçında sağ qalan ermənilər Dəvəliyə göndərilir və onları qorumağı Dəvəli Hüquq Müdafiə Cəmiyyəti öz üzərinə götürür. 

Xaçında ermənilərlə yanaşı yunanlar da yaşayıb. Onlar ermənilərə qarşı türkləri dəstəkləyiblər.Yunanlar 1920-ci ildəki əhali mübadiləsində Dəvəlini tərk ediblər, onların yerində Trakya türkləri məskunlaşıb.

Papanın Türkiyədə yaşamış erməni ailəsinə mənsub olub-olmaması sual altındadır. Xarici saytlar isə onun ilk səfərini Türkiyəyə edəcəyini yazırlar. Yəqin ki, XIV Leo Türkiyə səfəri zamanı bu suala aydınlıq gətirəcək...

Vəsilə İbrahim