“Fənərbağça” prezidenti haqqında həbs qərarı verildi 

“Fənərbağça”nın prezidenti Sadettin Saran barəsində 2 il 6 ay həbs qərarı verilib.

Jun 4, 2026 - 18:23
“Fənərbağça” prezidenti haqqında həbs qərarı verildi 

SAVASHMEDİA.az xəbər verir ki, bu gün S.Saran və qardaşı Alan Kenan Saranla bağlı məhkəmə iclası keçirilib.

“Fənərbağça” prezidenti və qardaşı “müxtəlif yollarla qanunsuz mərc oynamağa təşviq etmə” ittihamı ilə mühakimə edilib.

İstanbul 23-cü Cinayət Məhkəməsinin qərarına əsasən,  S.Saran və qardaşı A. K. Saran 2 il 6 ay həbs cəzasına məhkum ediliblər. Həmçinin hərəsi ayrı-ayrılıqda 562 min 500 lirə cərimə olunublar.

Saranın vəkili Serdar Yiyit qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Banu