"Bilsəm, Türkiyəyə gəlməzdim, mənə bunu deməmişdilər" - Joze Mourinyo

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyənin futbol sistemini sərt tənqid edib.

Nov 4, 2024 - 14:08
"Bilsəm, Türkiyəyə gəlməzdim, mənə bunu deməmişdilər" - Joze Mourinyo

SAVASHMEDİA.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 10-cu turda səfərdə “Trabzonspor”a qalib gəldikləri matçdan (3:2) sonra keçirilən mətbuat konfransında deyib:

“Oyunun ən yaxşısı Atilla Karaoğlan idi (VAR hakimi - red.). Meydandakı hakim sadəcə bir uşaqdır. Atilla Karaoğlan isə matçın adamıdır. Onu bir daha bizim matçlarımızda görmək istəmirik. VAR olaraq da istəmirik. Meydanda da istəmirik. Mən bura (Türkiyəyə - red.) gəlməzdən əvvəl xeyli şey söyləmişdilər. Bunlara inanmamışdım. Demə, vəziyyət daha pis imiş”. 

Joze Mourinyo bildirib ki, qarşılarında yaxşı mübarizə aparan komanda olub: 

“Ancaq biz sistemə qarşı oynayırıq. Bunları söyləyərkən bütün “Fənərbaxça” azarkeşləri adından danışıram. Ona görə də coşqulu bir bayram etdik. Mənə bura gəlməzdən əvvəl hekayənin yarısını danışmışdılar. Hamısını danışsaydılar, Türkiyəyə gəlməzdim”.

Joze Mourinyo Türkiyə futbolunda hakimliyin yaxşı durumda olmadığını deyib: “İllərdir davam edən haqsızlıqların siz türklərin danışması lazımdır, mənim yox”.