“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı - Bugünkü oyunlar

Misli Premyer Liqasında 4-cü tur davam edir. 

Sep 5, 2026 - 12:32
“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı - Bugünkü oyunlar

SAVASHMEDİA.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək. 

Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda Rəşad Sadıqovun komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir. Lakin Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib. 

Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkəcək. 3 turdan sonra “ağ-qaralar” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

Misli Premyer Liqası

IV tur

5 sentyabr (şənbə)

18:30. “Sabah” - “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

20:30. “Neftçi” - “Şəfa”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev 
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”

6 sentyabr (bazar)

18:00. “Turan Tovuz” - “Sumqayıt”

20:15. “Qarabağ” – “Araz-Naxçıvan”

4 sentyabr (cümə)

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

Bomdardirlər:

Breno Almeyda (“Neftçi”) - 4 qol

Aydın Eren (“Zirə”) - 2 qol

Dioqo Almeyda ("İmişli") - 2 qol