Mourinyo həmin siyahıya "Fənərbağça"nı da yazdı - Kimdən nə qədər təzminat alıb?
Xəbər verdiyimiz kimi, “Fənərbağça” baş məşqçisi Joze Mourinyo ilə yollarını rəsmən ayırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Mourinyo "Fənərbağça"nın baş məşqçisi olduğu müddətdə 62 oyun keçirib, 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyətə imza atıb. Portuqaliyalı menecer orta hesabla 2,02 reytinq əldə edib.
62 yaşlı mütəxəssisin müqavilə vaxtı bitmədən göndərildiyinə görə İstanbul təmsilçisindən alacağı təzminatın məbləği də açıqlanıb. “Fənərbağça” Mourinyoya 15 milyon avro təzminat ödəyəcək.
Avropanın nəhənglərini çalışdıran Mourinyo qovulduğu klublardan rekord məbləğdə təzminatlar alıb:
“Çelsi” - 21 milyon avro (2007-ci il)
“Real Madrid” - 20 milyon avro (2013-cü il)
“Çelsi” - 14,5 milyon (2015-ci il)
“Mançester Yunayted” - 20 milyon avro (2018-ci il)
“Tottenhem” - 21 milyon avro (2021-ci il)
“Roma” - 3,5 milyon avro (2024)
“Fənərbağça”- 15 milyon avro (2025)
Banu