Elvindən sonra Abbas da əsas heyətə qayıdır? – Qurbanov AÇIQLADI + VİDEO
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov intizamsızlığa görə əvəzedici komandaya göndərilən Abbas Hüseynovun taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun özünə klub tapmalı olduğunu deyib.
Q.Qurbanov bildirib ki, bu barədə A.Hüseynovun özünə də məlumat verilib:
“Özünə hər şey deyilib. Danışacaq bir şey yoxdur”.
Xatırladaq ki, Abbas Hüseynov və Elvin Cəfərquliyev intizamsız davranışlarına görə əsas heyətdən uzaqlaşdırılmışdılar. E.Cəfərquliyev yenidən əsas heyətə qaytarılsa da, A. Hüseynovla bağlı qərar dəyişməyib.
Banu