Naxçıvana ayrılan pul AZALDI

2027-ci ildə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın azaldılması planlaşdırılır.

Oct 28, 2026 - 18:18
Naxçıvana ayrılan pul AZALDI

SAVASHMEDİA.az xəbər verir ki, gələn il muxtar respublikanın büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

2026-cı il üçün bu məbləğ 211 milyon 628 min manat müəyyən edilib. Beləliklə, gələn il ayrılması planlaşdırılan vəsait builki göstərici ilə müqayisədə 13 milyon 628 min manat az olacaq.

Bu, dotasiyanın 6,4 faiz azaldılması deməkdir.

Oğuz