Trampı hamının yanında 18+ ifadələrlə TƏHQİR ETDİ - “O zalı gombul dalına sox!” + VİDEO

ABŞ Prezidenti Donald Trampın Missisipi ştatında keçirilən mitinqdəki çıxışı etirazçının müdaxiləsi nəticəsində yarımçıq kəsilib.

Oct 27, 2026 - 22:09
Oct 27, 2026 - 22:31
Trampı hamının yanında 18+ ifadələrlə TƏHQİR ETDİ - “O zalı gombul dalına sox!” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə oktyabrın 26-da Missisipinin Korinf şəhərində Respublikaçı senator Sindi Hayd-Smitə dəstək məqsədilə keçirilən mitinqdə baş verib.

Tramp Ağ Evdə tikilməsi planlaşdırılan bal zalından danışarkən izdiham arasından bir nəfər onun sözünü kəsərək “O bal zalını gombul dalına sox!” deyə qışqırıb.

Etirazçının sözləri zalda səs-küyə səbəb olub. Təhlükəsizlik əməkdaşları qırmızı kapüşonlu geyimdə olan şəxsi zaldan çıxarıblar. İştirakçıların bir qismi onu fitə basıb, digərləri isə “ABŞ!” şüarları səsləndiriblər.

Tramp isə etirazçıya bir neçə dəfə “Evə get!” deyib. O, daha sonra həmin şəxsin pullu etirazçı olduğunu iddia edərək, Corc Sorosun belə şəxslərə 250 dollar ödədiyini söyləyib. 

Qeyd edək ki, Trampın Ağ Evdə geniş bal zalı tikdirmək planı tənqidlərə səbəb olub.

Oğuz