İsraildə parlament seçkiləri – 50 ilin rekordu qeydə alındı
İsraildə parlament seçkiləri keçirilir.
SAVASHMEDİA.az xəbər verir ki, səsvermə Bakı vaxtı ilə saat 09:00-da başlayıb və 00:00-da başa çatacaq.
Seçkilərin nəticələrinə əsasən, 26-cı çağırış Knessetin yeni tərkibi müəyyənləşəcək və ölkədə yeni hökumət koalisiyasının formalaşdırılması prosesinə başlanılacaq.
Prosesin uğurla başa çatacağı təqdirdə İsraildə yeni Nazirlər Kabineti formalaşdırılacaq və Baş nazir müəyyən ediləcək.
İsrail mətbuatının yazdığına görə, yüksək seçici fəallığı müşayiət olunur. Bu da ölkə üçün son 50 ildə rekord göstəricidir.
Qeyd edək ki, seçkilərdə 36 partiyanın namizədləri Knessetdəki 120 yer uğrunda mübarizə aparırlar. Parlamentdə təmsil olunmaq üçün partiyalar seçicilərin səslərinin azı 3,25 faizini toplamalıdırlar.
Baş nazir postuna əsas namizədlər İsrailin hazırkı hökumət başçısı, 77 yaşlı Benyamin Netanyahu (“Likud” partiyası) və İsrail Müdafiə Ordusunun Baş Qərargahının keçmiş rəisi, 66 yaşlı Qadi Ayzenkotdur (“Yashar” partiyası).
Banu