Baydendən Qəzzadakı atəşkəsə reaksiya
ABŞ prezidenti Co Bayden “HƏMAS” qruplaşması ilə İsrail arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunduğunu təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin saytılnda Baydenin bəyanatını yerləşdirilib.
“Bu, təkcə “HƏMAS”a edilən fövqəladə təzyiqin, Livanda atəşkəsdən və İranın zəifləməsindən sonra dəyişən regional tarazlığın deyil, həm də israrlı və əziyyətli Amerika diplomatiyasının nəticəsidir”, - deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, İsrail və “HƏMAS” arasındakı razılaşma Qəzzada döyüşləri dayandıracaq, fələstinli mülki şəxslərə zəruri olan humanitar yardımın həcmini artıracaq və 15 aydan çox həbsdən sonra girovları ailələri ilə birləşdirəcək.
Bayden eyni zamanda 2023-cü ilin oktyabrında “HƏMAS” terror hücumu nəticəsində həlak olanları və bu hadisədən sonra başlayan müharibədə həlak olan çoxlu sayda günahsız insanları unutmamağa çağırıb.
Xatirə SADİQ