“Kristal” MTK-nın vergi borcu 100 min manatı keçib

“Kristal” MTK dövlət büdcəsinə olan vergi borcunu vaxtında ödəməyib.

Oct 26, 2026 - 12:19
“Kristal” MTK-nın vergi borcu 100 min manatı keçib

26 oktyabr 2026-cı il tarixinə olan məlumata görə, “Kristal” MTK-nın vergi borcu 100 min 224 manat 34 qəpik təşkil edib.

Qeyd edək ki, “Kristal” MTK 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MTK-nın qanuni təmsilçisi Ağayeva Nəcibə Şahbaz qızıdır. 

Məlumatlara görə, “Kristal Bakı” ASC deputat Ağalar Vəliyev və ailəsinə məxsusdur. (yeniavaz)