Deputat oğlunun həbsdən sonrakı GÖRÜNTÜLƏRİ - VİDEO

Daxili İşlər Nazirliyinin Bakıda kütləvi dava ilə bağlı yaydığı görüntülərdə həbs edilən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də yer alıb.

Oct 26, 2026 - 12:25
Deputat oğlunun həbsdən sonrakı GÖRÜNTÜLƏRİ - VİDEO

Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər həbs edilib.

Qeyd edək ki, oktyabrın 23-də General Şıxlinski küçəsində yerləşən "Ab-Hava" restoranında baş verən hadisə zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətlərindən qətlə yetirilib. Faktla bağlı istintaq davam etdirilir.