“Neftçi” “Turan"la heç-heçə etdi, “Kəpəz”dən qələbə
Misli Premyer Liqasında 9-cu tur davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk matçında “Şəfa” “Kəpəz”i qəbul edib. Matçdan "Kəpəz" 2:1 hesablı qələbə ilə üstün ayrılıb.
Digər qarşılaşmada isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" matçı isə sabah keçiriləcək.
Misli Premyer Liqası
IX tur
24 oktyabr (şənbə)
19:00. “Neftçi” - “Turan Tovuz” - 1:1
Qol: Breno Almeyda, 44 (1:0), Aleksa Yankoviç, 73 (1:1)
Qırmızı vərəqə: İqor Ribeyro, 30 ("Neftçi")
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”
16:30. “Şəfa” - “Kəpəz” - 1:2
Qol: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)
“SOCAR Polymer Arena”
25 oktyabr (bazar)
15:00. “İmişli” - “Şamaxı”
18:00. “Sabah” - “Qarabağ”
23 oktyabr (cümə)
“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2
“Zirə” - “Sumqayıt” - 3:2