Corcina Ronaldonun uşaqlarının da qanuni anası oldu

Ulduz futbolçu Kriştiano Ronaldo və Corcina Rodrigesin toyundan bir həftə keçməmiş ailədə daha bir mühüm dəyişiklik baş verib.

Aug 22, 2026 - 10:20
Corcina Ronaldonun uşaqlarının da qanuni anası oldu

SAVASHMEDİA.az xəbər verir ki, C.Rodriges Ronaldonun surroqat anadan doğulan üç övladını övladlığa götürüb.

Bununla Corcina Kriştiano Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun qanuni anası olub.

Məlumata görə, 2010-cu ildə dünyaya gələn Kriştiano Ronaldo Jr. və 2017-ci ildə doğulan əkizlər Eva Mariya ilə Mateo uzun illərdir Corcinanın himayəsində böyüyürlər. Rodriges onların həyatında ana fiquru kimi iştirak edib və uşaqlarla yaxın münasibət qurub.

Corcinanın Ronaldo ilə münasibətindən iki qızı var. Onlardan Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə dünyaya gəlib. Cütlüyün digər övladı, Bella Esmeraldanın əkiz qardaşı isə doğuş zamanı həyatını itirib.