Nəriman "Ərzurumspor"da çıxdığı ilk oyunda sarı vərəqə aldı

Türkiyə Super Liqasının 2-ci turunda “Qalatasaray” səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib.

Aug 22, 2026 - 10:13
Nəriman "Ərzurumspor"da çıxdığı ilk oyunda sarı vərəqə aldı

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisinin qələbə qollarını Roland Sallai, Yunus Akgün və Viktor Osimhen vurub.

Sallai 12-ci dəqiqədə hesabı açıb, Yunus Akgün 20-ci dəqiqədə fərqi iki topa çatdırıb. Osimhen isə ilk hissənin son dəqiqəsində və 80-ci dəqiqədə fərqlənərək dubl edib.

Matçda “Ərzurumspor”un azərbaycanlı futbolçusu Nəriman Axundzadə də meydana çıxıb. Hücumçu qarşılaşmanın 84-cü dəqiqəsində sarı vərəqə alıb.

Bu qələbədən sonra Okan Burukun komandası xallarını 4-ə çatdırıb. Liqaya yeni yüksələn “Ərzurumspor” isə ikinci turdan sonra xalsız qalıb.