ABŞ Yaxın Şərqə 2 500 dəniz piyadası göndərir

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç böyük desant gəmisi 2 500 dəniz piyadası ilə birlikdə Yaxın Şərq istiqamətində hərəkət edir.

Nov 24, 2026 - 10:59
ABŞ Yaxın Şərqə 2 500 dəniz piyadası göndərir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun (USNI) məlumatlarına istinadən xəbər verilir.

Məlumata görə, hərbi qrup hazırda Sinqapur limanındadır və Ərəbistan dənizinə doğru hərəkət etməyə hazırlaşır.

Donanmaya USS Makin Island desant gəmisi, həmçinin USS John P. Murtha və USS Anchorage desant-nəqliyyat gəmiləri daxildir.

Gəmilərdə ümumilikdə təxminən 2 500 hərbçidən ibarət 13-cü Dəniz Ekspedisiya Bölməsi yerləşdirilib.

Hərbi qrupun tərkibində F-35B tipli beşinci nəsil qırıcılar, şaquli uçuş və eniş qabiliyyətinə malik təyyarələr, hücum və nəqliyyat helikopterləri, eləcə də desant vasitələri var.

ABŞ hərbi qüvvələrinin bu istiqamətdə yerdəyişməsi Vaşinqtonun Yaxın Şərqdəki hərbi imkanlarını genişləndirmək baxımından diqqət çəkir.

Qeyd edək ki, 13-cü Dəniz Ekspedisiya Bölməsi ABŞ Dəniz Piyadaları Korpusunun sürətli reaksiya qüvvələrindən biridir. Bu bölmələr dənizdən quruya desant əməliyyatları, təhlükəsizlik və digər xüsusi hərbi tapşırıqları yerinə yetirmək imkanına malikdir.

Aytən