Ukrayna rəsmən bəyan etdi – Uqledar şəhəri itirildi
Ukrayna qoşunları Donetsk vilayətinin Uqledar şəhərindən geri çəkildiklərini rəsmən elan ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Xarici KİV, o cümlədən “Bloomberg” agentliyi yazıb ki, “Donetsk vilayətində cəbhə xəttində strateji forpost” olan şəhərin təslim olması ruslara danılmaz üstünlük verəcək.
Nəşr Uqledarın özlliklə qış ərəfəsində əlverişli yer olduğunu xatırladıb: hündürmərtəbəli yaşayış binaları düz tarlaların ortasındakı düzənlikdə yerləşir.
Bundan əlavə, şəhər Kreml üçün Krım körpüsünə alternativ rolunu oynayan Donetskdən Krıma gedən və Rusiyanın nəzarətində olan dəmir yolundan cəmi bir neçə kilometr məsafədədir.
Xatirə SADİQ