İranda dəhşətli partlayış - 4 ölü, 500-dən çox yaralı
İranın cənubundakı Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Yaralananların sayı 516 nəfərə çatıb.
İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.