“İran bir gün nüvə silahı yarada bilər” - Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hesab edir ki, İran nüvə silahını yaratmaq üçün zəruri olan hər şeyə malikdir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Fransanın “Le Monde” qəzetinə deyib.
Onun sözlərinə görə, “bir gün” İran nüvə silahı yarada bilər.
“Hərçənd İranın bir deyil, bir neçə bomba hazırlamaq üçün kifayət qədər materialı olsa da, hələ ki, nüvə silahı yoxdur. Bu, pazla bənzəyir: onların parçaları var və bir gün onları bir yerə toplaya biləcəklər. Buna hələ çox var. Amma etiraf etməliyik ki, onlar bundan o qədər də uzaqda deyillər. Son dörd ildə İranın bu sahədə davamlı sürətlənməsini müşahidə edirik”, - deyə Qrossi vurğulayıb.
Xatirə SADİQ