HƏMAS İsraili hədələdi - “Ölüm hökmüdür…”

İsrailin Qəzzanı yenidən bombalamağa başlaması girovlar üçün “ölüm hökmü” deməkdir.

Mar 18, 2025 - 13:05
HƏMAS İsraili hədələdi - “Ölüm hökmüdür…”

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

Fələstin yaraqlılarının liderlərindən biri olan İzzət ər-Rişq bildirib ki, danışıqlar girovların azad edilməsinə gətirib çıxara bilərdi, onların dayandırılması 2023-cü ilin oktyabrında HƏMAS tərəfindən əsir götürülən girovlar üçün birbaşa təhlükə olacaq.

“Netanyahunun müharibəyə qayıtması işğal əsirlərinin qurban verilməsi və onlar üçün ölüm hökmü qərarıdır”, - deyə əl-Rişq bildirib.

Xatirə SADİQ