“Raketlərimi okean hövzəsində yerləşdirərəm” - Rusiya ABŞ-ni şantaj edir
“Rusiyanın müxtəlif regionlarda, o cümlədən Asiya-Sakit okean hövzəsində orta və qısa mənzilli raketlərin, o cümlədən ən yeni “Oreşnik” raketinin yerləşdirilməsi məsələsi ABŞ-nin qərarlarından asılıdır”.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Onun sözlərinə görə, bu, dəfələrlə müzakirə olunan variantlardan biridir. “Dünyanın istənilən regionunda müvafiq Amerika sistemlərinin peyda olması bizim bundan sonrakı addımlarımızı, o cümlədən hərbi-texniki cavab tədbirlərinin təşkili sahəsindəki addımlarımızı əvvəlcədən müəyyənləçdirəcək”, - deyə o, vurğulayıb
Nazir hesab edir ki, baş verənlərə görə bütün məsuliyyət ABŞ-nin üzərinə düşür.
Xatirə SADİQ