Rəsmi Kiyev ərazi güzəştlərinə razılaşıb? - Rəsmi reaksiya

“Ukraynanın Rusiyaya ərazi güzəştləri məsələsi müzakirə edilməyib”.

Mar 26, 2025 - 21:43
Rəsmi Kiyev ərazi güzəştlərinə razılaşıb? - Rəsmi reaksiya

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezident aparatı rəhbərinin müavini Pavel Palisa deyib.

Onun sözlərinə görə, rəsmi Kiyevin güzəştə getmək barədə planı yoxdur: “Ciddədə Amerika tərəfi ilə razılaşdırılmış hərtərəfli atəşkəs üzrə texniki məsləhətləşmələr davam etdirilıb. Ərazi güzəştlərindən isə söhbət gedə bilməz”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar prosesi baş tutub.