Yılmaz Özdil “Türkiyə dövlət statusunu itirib” dedi, cinayət işi başlandı

İstanbul Baş Prokurorluğu Türkiyənin tanınmış jurnalisti Yılmaz Özdilin sosial media hesabında etdiyi paylaşıma görə istintaqa başlayıb. 

May 13, 2025 - 15:48
Yılmaz Özdil “Türkiyə dövlət statusunu itirib” dedi, cinayət işi başlandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Belə ki, Yılmaz Özdil həmin paylaşımda “Türkiyə Cümhuriyyəti hazırda dövlət statusunu itirib” yazıb. İstanbul Baş Prokurorluğu Özdilin paylaşımında Türkiyə Respublikasına qarşı təhqiramiz ifadələrin olduğunu müəyyənləşdirib.

Prokurorluq Özdilə qarşı Cinayət Məcəlləsinin 301-ci “Türk Millətini, Türkiyə Cümhuriyyətini, dövlət qurum və orqanlarını təhqir etmək” maddəsi ilə cinayət işi açıb. 

Qeyd edək ki, vətənpərvər və atatürkçü kimi tanınan Yılmaz Özdil hazırda “Sözçü” qəzetinin yazarı və “Sözçü televiziyasının aparıcısıdır. 

Xatirə SADIQ