Kiyevdə matəm günü elan olundu

Rusiya ordusunun kütləvi hücumu nəticəsində həlak olan Kiyev sakinlərinin xatirəsinə avqustun 29-da Ukrayna paytaxtında matəm günü elan edilib.

Aug 28, 2025 - 12:29
Kiyevdə matəm günü elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko öz Telegram kanalında bildirib.

“Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur. Avqustun 29-da şəhərdə bütün əyləncə tədbirlərinin keçirilməsi qadağandır”, - deyə mer vurğulayıb.

Qeyd edək ki, avqustun 28-nə keçən gecə Rusiyanın Kiyevi kütləvi şəkildə bombardman etməsi nəticəsində üçü uşaq olmaqla 12 nəfər həlak olub, onlarla sakin yaralanıb. 

Xatirə SADİQ