Kərəm niyə qalibiyyət şəklində yox idi? - "Benfika"dan GÜLÜNC CAVAB + FOTO

Türkiyənin “Fənərbağça” klubu dünən Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Benfika”ya 0-1 hesabı ilə məğlub olub.

Aug 28, 2025 - 12:23
Kərəm niyə qalibiyyət şəklində yox idi? - "Benfika"dan GÜLÜNC CAVAB + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, oyundakı yeganə qolu Türkiyə təmsilçisinin həftələrdir heyətinə qatmaq üçün “Benfika” ilə danışıqlar apardığı Kərəm Aktürkoğlu atıb.

Benfika Kərəmin qolu ilə ÇL-ə getməyə haqq qazansa da, Portuqaliya mətbuatı türk futbolçunu yenə hədəf alıb. Media Kərəmin qol atdıqdan sonra sevinmədiyini yazıb. Mətbuatın hədəfində olan daha bir nüans isə “Benfika”nın qalibiyyət şəklində Kərəm Aktürkoğlunun olmamasıdır.

“Benfika”nın baş məşqçisi Bruno Lage bu məsələyə aydınlıq gətirib:

"Kərəm Aktürkoğlu rutin dopinq testinə getdiyi üçün matçdan sonrakı fotoda yox idi".

Çağatay