“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə səfər matçından gözləntilərini bölüşüb.

Nov 12, 2026 - 22:09
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov

SAVASHMEDİA.az xəbər verir ki, futbolçu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın qələbəyə kökləndiyini bildirib.

"Bakıdakı oyunda hesab açılmamışdı. Bu dəfə rəqib meydanında qalib gəlmək istəyirik. Komandamıza inanırıq və matça ciddi hazırlaşmışıq. İnanırıq ki, istəyimizi həyata keçirərək xalqımıza qələbə sevinci yaşadacağıq".

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.