Restorana silahla hücum edən AAYDA-nın vəzifəli şəxsi HƏBS EDİLDİ - DETALLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasov həbs edilib.
SAVASHMEDİA.az xəbər verir ki, idarə rəisinin həbsinə səbəb Mingəçevirdəki “Hasil” restoranda baş verən dava-dalaş olub.
Belə ki, bir neçə nəfərlə mübahisə edən Arif Abbasov avtomobilindəki silahla mübahisə etdiyi şəxsi vurmağa cəhd edib.
Lakin qarşı tərəfin cəld tərpənərək stəkanla ona zərbə endirməsi nəticəsində Arif Abbasov huşunu itirib.
Başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. (gununsesi.info)