Ərdoğan qarşılamadı, yunan prezident Avropaya ŞİKAYƏT ETDİ – ANBAAN VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində Cənubi Kipr Respublikasının Prezidenti Nikos Xristodulidisi qarşılamayıb.  

Nov 11, 2026 - 16:50
Ərdoğan qarşılamadı, yunan prezident Avropaya ŞİKAYƏT ETDİ – ANBAAN VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, R.T.Ərdoğan N.Xristodulidisin qarşılanma müddəti boyunca zalda olmayıb. Ərdoğanın zalı tərk etdiyi müddət ərzində yunan lider girişdə gözlədilib və sammitin keçirildiyi ərazidəki ekranlarda Türkiyə bayrağı nümayiş etdirilib.

Ərdoğan zalı tərk etdikdən sonra N. Xristodulidisi BMT-nin baş katibi Antonio Quterreş qarşılayıb. Bundan sonra Türkiyə Prezidenti digər ölkələrin liderlərini qəbul etməyə davam edib.

Bu münasibət yunan prezidenti narazı salıb. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündə məsələni gündəmə gətirib və Ərdoğanı Avropaya şikayət edib.

Qeyd edək ki, Ərdoğanın Nikos Xristodulidisi qarşılamamasına səbəb kimi yunan liderin İsrailin Baş naziri Benyamin Netanyahu ilə əməkdaşlığı göstərilib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)